5 Noyabr 2014 09:32
1 344
12 Punto 14 Punto 16 Punto 18 Punto

Film “Qızıl Pişik” mükafatına layiq görülüb

Azərbaycan istehsalı olan “Sonuncu” filmi İzmir Beynəlxalq Qısametrajlı Film Festivalında “Ən yaxşı xarici film” nominasiyasında mükafata layiq görülüb.

Teleqraf.com xəbər verir ki, noyabr ayının 1-də start götürən festivalın qaliblərinin adları ötən gün axşam saatlarında açıqlanıb.

2000-ci ildən bəri keçirilən İzmir Qısametrajlı Film Festivalında sənədli, bədii, animasiya filmləri yarışır. Əsas müsabiqə proqramında 30 film bir-biri ilə mübarizə aparıb. 11 nominasiya üzrə jürinin rəğbətini qazanan 12 filmin yaradıcılarına festivalın “Qızıl Pişik” mükafatı təqdim edilib.

Məlumat üçün bildirək ki, "Azərbaycanfilm" kinostudiyası və "Buta film" prodakşn şirkətinin birgə istehsalı olan "Sonuncu" qisametrajlı filmi Böyük Vətən müharibəsi veteranı haqqındadır. Filmin süjetinə əsasən axırıncı müharibə veteranı Azərbaycanda yaşayır və durğun həyat tərzi sürür. Ekran əsərində veteran rolunu aktyor İdris Rüstəmov, gənc qonşu rolunu isə aktyor Corc Qafarov oynayıb. Film gənc prodüserlər Mariya İvanovanın və Nəsib Piriyevin bədii kino sənətində debütüdür. Filmin çəkilişləri Şabran rayonunda aparılıb. Film Azərbaycan tarixində ilk dəfə olaraq 2014-cü ildə keçirilən 67-ci Kann Festivalının əsas müsabiqə proqramlarından birində yarışıb.

Nərmin


Müəllif:

Oxşar xəbərlər