Prezidentin sərəncamı ilə Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə bəstəkar Eldar Mansurov “Şöhrət” ordeni ilə təltif edilib.
Eldar Mansurov Teleqraf.com-a açıqlamasında təəssüratlarını bölüşüb: "Qürur hissi keçirirəm ki, yaradıcılığıma belə diqqət verilib. Ölkə başçısı İlham Əliyevin sərəncamı məni çox sevindirdi. Cənab prezidentə və birinci xanım Mehriban Əliyevaya təşəkkürümü bildirirəm. Mənim yaradıcılığıma qiymət verən, mənim kimi sevinən musiqisevərlərə, dostlara, qohumlarıma da çox sağ ol deyirəm".
Qeyd edək ki, Eldar Mansurovun 70 yaşı tamam olur.