18 Aprel 2022 13:19
1 622
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında xalq yazıçısı Rüstəm İbrahimbəyovun əsəri əsasında yeni tamaşa hazırlanır.

Bunu Teleqraf.com-a Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist Füzuli Hüseynov deyib.

“Sağlığında Rüstəm İbrahimbəyov mənimlə bir tamaşa hazırlamaq istəyirdi. Əsəri təxminən 4-5 il öncə yazmışdı. Bir il bundan öncə onunla görüşümüzdə bu arzusunu dilə gətirdi. Amma təəssüf ki, Rüstəm müəllim bu dünyadan köçdü. İndi mən onun arzusunu gerçəkləşdirmək istəyirəm. Əsəri teatra təqdim etdim, Azərpaşa müəllim imtina etmədi. Tamaşanın məşqləri başlayıb”.

Tamaşada rolları Füzuli Hüseynov, Elşən Rüstəmov, İlahə Həsənova, Corc Qarafov canlandırır.


Müəllif: Nərmin Muradova