Bu gün Nizami Kino Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimova həsr olunan “Poladın izi ilə” filmi təqdim olunacaq.
Bu barədə Teleqraf.com-a "Azərbaycanfilm" kinostudiyasının mətbuat katibi Ramil Ələkbərov məlumat verib.
Film Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnaməfilm” studiyasında istehsal olunub. Filmin rejissoru və ssenari müəllifi Zamin Məmmədov, görüntü rejissoru Fahir İmanquliyev, məsləhətçisi Vüqar Əsgərov, montaj edəni Sabir Əskərzadə, səs rejissoru Mehman Nadirov, prodüseri Nazim Hüseynovdur.
Filmin çəkilişlər Bakıda və Qəbələdə aparılıb.
Mərasimdə şəhid generalın ailə üzvləri, döyüş yoldaşları, dostları iştirak edəcəklər.
Qeyd edək ki, general-mayor Polad Həşimov 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olub.