"Apple" şirkətinin yaradıcısı Stiv Cobs haqqında çəkiləcək avtobioqrafik filminin baş rol ifaçısı dəqiqləşib.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, filmi çəkməli olan “Sony Pictures” şirkəti bundan imtina edib. Bundan sonra layihənin ekranlaşdırılması hüququnu “Universal Pictures” şirkəti alıb.
Şirkət ilk olaraq baş rolu Kristian Beylin canlandıracağı bildirilsə də, sonradan bunu 37 yaşlı Mayk Fassbenderə həvalə edib.
Ekran işinin rejissoru Denni Boyl ssenaristi isə "Qravitasiya" filminin yaradıcısı Aaron Sorkin olacaq.
Filmin çəkilişlərinin nə vaxt başlayacağı isə hələ dəqiq deyil.
Ruslan Bakiroğlu