15 May 2022 08:19
1 516
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur “Netflix” platforması üçün çəkilən hind serialında Azərbaycanlı aktyorlar yer alıb.

Teleqraf.com xəbər verir ki, bunu “Azerbaijan Actors Agency”nin direktoru, prodüser Səbuhi Məmmədov bildirib.

Onun sözlərinə görə, bu, Hindistan kinematoqrafçıları ilə gerçəkləşən növbəti layihədir:

““Kakp” çoxseriyalı film Hindistan kinematoqrafçıları ilə növbəti, “Filming Azerbaijan” ilə ilk əməkdaşlığımızdır. Azərbaycan aktyorları əməkdar artist İlqar Cahangir, Turanə Hüseynli, Ərturan Nəcəfi Göl ilə TV aparıcı, müğənni, idmançı, model, müxtəlif sənət sahibi olan tipaj və kütləvi səhnə iştirakçılarından ibarət 500 nəfərlik qrup “Netflix” platforması üçün lentə alınan "Disney + Hotstar" şirkətinin “Kakp” çoxseriyalı filmində iştirak edib”.


Müəllif: Nərmin Muradova