22 İyun 2022 12:24
1 763
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Akademik Milli Dram Teatrının səhnəsində Evripidin “Medeya” əsəri əsasında hazırlanan eyniadlı monotamaşanın premyerası keçirilib.

Teleqraf.com xəbər verir ki, Medeya obrazını əməkdar artist Münəvvər Əliyeva canlandırıb.

“Medeya” faciəsinin mövzusu “Arqonavtlar” əsatiri silsiləsindən götürülüb. Əsərin əsas ideyası xəyanətə məruz qalmış qadının nələr edə biləcəyini göstərməkdir.

Medeya əri Yazonun ağlasığmaz xəyanətini, onun mənəvi miskinliyini, şöhrətpərəstlik üzündən ailəni, qəlbini, vicdanını satmasını ifşa edir, qadının cəmiyyətdəki qul vəziyyətini və daim kişilər tərəfindən alçaldığını hiddətlə pisləyir. O, qadın hüququnu müdafiə edən üsyankara çevrilir.

Tamaşanın bədii rəhbəri Xalq artisti Azər Paşa Nemətov, quruluşçu rejissoru Emil Əsgərovdur.


Müəllif: Nərmin