4 İyul 2022 18:18
1 775
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Sizin üçün çox darıxmışam. Allah qoysa yeni mövsümdə iki tamaşa ilə səhnədə olacam. O tamaşalardan biri mən xəstələnməmişdən əvvəl artıq seçilmişdi. Hər iki tamaşa üzərində gələn mövsüm işləməyə başlayacam”.

Teleqraf.com xəbər verir ki, bunu Xalq artisti Afaq Bəşirqızı Musiqili Teatrda keçirilən təntənəli mükafatlandırma mərasimində deyib.

O, çoxdankı arzusunun həyata keçdiyini etiraf edib: “Baxıb fəxr edirəm. Teatrın texniki işçisindən tutmuş aktyoruna, rejissoruna qədər hamı sevinir. Artıq texniki işçi sözünü işlətmək istəmirəm. Çünki texniki işçilərin demək olar ki, hamısı səhnədə baş rol oynayırlar. Buna görə çox sevinirəm. Əliqismət müəllimə hərdən deyirəm, gəl hamıya deyək ki, teatr iki günlük bağlıdır, inanın, vəziyyətləri lap pis olar. Çünki burada işləyən hər kəs teatrı çox sevir. Mənim çoxdanki arzularım həyata keçdi. Hər birinizə halal olsun.

Teatr budur. Teatr işləyir. İstər yaradıcı, istər texniki cəhətdən, istər administrativ cəhətdən teatr işləyir.

Bu dünyada insan çoxdur. Amma insanlıq azdır. Biz insanlığı istəyirik, axtarırıq. Əliqismət Lalayev uzun müddətdir yaradıcılıqdadır və bir neçə il də Mədəniyyət Nazirliyində çalışdı. Amma biz onu bu qədər yaxından tanımırdıq. O, teatra gələndə bir çoxumuz şübhə ilə yanaşırdıq. Görəsən Əliqismət müəllim teatrı direktor kimi idarə edə biləcəkmi? Bu gün deyirəm ki, ona halal olsun. Bu günü qazanmaq üçün Əliqismət müəllim çox ağır sınaqlardan, çox daşlı-kəsəkli yollardan keçdi, çox arxadan vurulan zərbələrlə rastlaşdı. Amma yıxılmadı, dizləri qanamadı, qalxdı, qalxdı...”.

Qeyd edək ki, Xalq artisti xərçəng xəstəliyindən əziyyət çəkir.


Müəllif: Nərmin Muradova