70 yaşlı məşhur amerikalı kinoprodüser Harvi Vaynşteynin ən gənc qurbanı 16 yaşında təcavüzə məruz qaldığını açıqlayıb.
Bu barədə Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir. Bildirilir ki, Vaynşteynin ən gənc qurbanı sayılan eks-model Kaia Sokola 16 yaşında başına gələnləri nəql edib.
Onun sözlərinə görə, prodüserlər ilk tanışlığı 2002-ci ildə Polşadan Nyu-Yorka köçdükdən sonra baş verib.
ABŞ-da “Elle” və “Marie Claire” jurnalları ilə əməkdaşlıq edən Sokola aktrisa olmaq arzusunda idi.
“Məclislərin birində Vaynşteyn mənə kino karyerasında kömək edə biləcəyinə söz verdi. Üç gün sonra o məni çağırdı və onunla birlikdə mənzilinə getdik. Yolda o məndən yaşımı soruşdu, mən ona 16 yaşım olduğunu dedim”- eks –model bildirib.
Sokolanın dediyinə görə, Vaynşteyn həmin gün ona təcavüz edib, o evdən qaçmaq istəyəndə yolunu kəsib.
“O, mənə həmin gün qeyri-adi heç nə baş vermədiyini dedi. Əksinə dedi ki, o məhz bu yolla Penelope Kruz və Qvinet Peltrounun da karyerasına kömək edib”.
Qeyd edək ki, kinoprodüserə qarşı ittihamlar ilk dəfə 2017-ci ildə “The New York Times” qəzetin dərc olunub.
Yazıda son 30 il ərzində Vaynşteyndən əziyyət çəkən bir çox gənc aktrisalar və tabeliyində olanlar haqqında məlumatlar yer alırdı.
Daha sonra Ancelina Coli, Qvinet Peltrou və Salma Hayek də daxil olmaqla 80-dən çox qadın Vaynşteynlə bağlı acı hekayələrini danışıb.
11 mart 2020-ci ildə prodüser üçüncü dərəcəli zorlama və birinci dərəcəli cinsi təhrikdə təqsirli bilinərək 23 il həbs cəzasına məhkum edilib.