“Mənim cəmiyyət içinə çıxmağım normal insanlardan fərqli çox gec olub. Cəmiyyət içinə çıxdım, amma sıradan bir insan kimi yox. Daha çətin məsuliyyət altında, aktyor kimi çıxdım. Mənim çox kiçik və çox böyük səhvlərim ola bilər. Olub da! Amma o demək deyil ki, mən bu səhvlərdən nəticə çıxarmıram”.
Teleqraf.com xəbər verir ki, bu sözləri gənc aktyor Corc Qafarov sosial şəbəkədə yazıb.
Formalaşmağında cəmiyyətin payı olduğunu bildirən aktyorun bir istəyi var:
“Bir insan kimi ətraf mənə çox güclü təsir edə və məni idarə edə bilir. Aktyor kimi isə mənə təsir etmək mümkünsüzdür. Yəni mən Corc olaraq qalmaq istəyirəm səhvlərimlə, düzlərimlə. Çox xahiş edirəm, artıq dərəcədə xahiş edirəm mənə təsir etməyin. Sadəcə mənim yaxamdan əl çəkin. İcazə verin, nəfəs alım, yaşayım!”
Qeyd edək ki, Corc Qafarov və qardaşı Jerar Qafarov müğənni Roza Zərgərlinin övladlığa götürdüyü oğullarıdır.
Bir müddət əvvəl Corc və qardaşına Sosial Xidmətlər Agentliyi tərəfindən ev verilməsi cəmiyyətdə birmənalı qarşılanmamışdı.