31 Avqust 2022 16:28
975
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış aktyor Şia Labaf çoxsaylı xəyanətlərini etiraf edib.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, amerikalı aktyor Şia Labaf çox insanın qarşısında günahkar olduğunu bildirərək özünü “macəra axtaran, eqoist, vicdansız, diqqətsiz, qorxulu insan” adlandırıb.

Qadınlarına etdiyi xəyanətlərini etiraf edən aktyor cinsi yolla ötürülən xəstəliklərini heç vaxt partnyorlarına demədiyini də etiraf edib.

“Həyatımın nəyə çevrildiyini, məqsədimin nə olduğunu düşünəndə başa düşürəm ki, mən faydalı olmalıyam. Mən #MeToo hərəkatını izləyirəm, amma məsuliyyəti öz üzərinə götürən çox az oğlan görürəm”- aktyor bildirib.

Labaf həmçinin keçmiş sevgilisi, İngilis müğənni –bəstəkar FKA twigs-i (Ef Key Ey tvinqs-red) də xatırlayıb:

“Əgər o, mənim həyatıma gəlməsəydi “eqo ölümünü yaşamazdım” və yer üzündəki bəsit varlığımı davam etdirərdim və bəlkə də artıq tamamilə ölmüş olardım”- aktyor əlavə edib.

Qeyd edək ki, 2020-ci ildə müğənni FKA tvinqs Labafı məhkəməyə verdi. İddiaya görə, bir il davam edən münasibətləri zamanı aktyor onu dəfələrlə təhqir edib, fiziki və emosional zorakılıq tətbiq edib və qəsdən cinsi yolla keçən xəstəliyə yoluxdurub.

FKA tvinqsi müğənni Sia da dəstəklədi. Sia da etiraf etdi ki, vaxtilə o da Labafın emosional zorakılığının qurbanı olub. Bütün ittihamlardan sonra Labaf intensiv terapiya keçəcəyinə söz verib.

Məlumat üçün bildirək, #MeToo təcavüz əleyhinə olan hərəkatdır. Hərəkat ilk dəfə aktrisa Alissa Milanonun 2017-ci ilin oktyabrında yazdığı bir tvitlə başladı. Hollivudun məşhur prodüseri Harvi Vaynşteynə qarşı zorlama və cinsi təcavüz iddialarının baş qaldırıldığı dönəmdə aktrisa ajiotaja səbəb olan belə bir status yazdı:

“Bir dostumun fikridir: “Əgər cinsi istismar və ya təcavüzə məruz qalan bütün qadınlar “Me too” statusunu paylaşsalar, insanlar problemin böyüklüyünü dərk etmiş olar. Cinsi istismar və ya təcavüzə məruz qalmısınızsa, bu tvitə cavab olaraq “Me too” yazın”.

Aktrisanın çağırışına milyonlarla qadın qoşulur. Çox keçmir ki, cinsi təcavüz və zorlama hadisəsi ilə qarşılaşan minlərlə qadın öz hekayələrini #MeToo həştəqi ilə paylaşırlar.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər