Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində Mədəniyyət Nazirliyinin yeni layihəsi - "Anamın kitabı” tamaşasının son məşqləri gedir.
Teatrdan Teleqraf.com-a verilən məlumata görə, tamaşanın yaxın günlərdə premyerası olacaq.
Cəlil Məmmədquluzadənin eyniadlı əsəri əsasında hazırlanan tamaşada ölkəmizin müxtəlif teatrlarının aktyorları çıxış edəcəklər.
Səhnə əsərinin quruluşçu rejissoru İradə Gözəlova, rəssamı Vüsal Rəhim, videomühəndisi Murad Həsənovdur. Döyüş səhnələrinin və rəqslərin quruluşu Xalq artisti Pərviz Məmmədrzayev və rejissor Zaur Əliyevə aiddir.
Bu səhnə əsərində rol alan Musiqili Teatrının aktyor heyətinə Hüseyn Əlili, Nicat Əli, Səmədzadə Xasiyev, Zaur Əliyev, Əli Kərimov, teatrın tərcüməçisi Şamxal Nəsibbəyli və balet artisti İranə Kərimova daxildir.
Akademik Milli Dram Teatrının aktrisası Lalə Süleymanova, Gənc Tamaşaçılar Teatrının aktyoru Nurlan Süleymanlı, aktrisası Aygün Fətullayeva, Bakı Uşaq və Gənclər Teatrının aktrisası Türkan Şahmarlı və “Əsa” teatrının aktrisası Səmayə Qulamzadə də tamaşada iştirak edəcəklər.