21 Dekabr 2022 15:56
1 954
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Mehriban Zəki Azərbaycanda fəaliyyət göstərən kinoteatr şəbəkələrini tənqid edib.

Teleqraf.com xəbər verir ki, aktrisa bu barədə sosial mediada paylaşım edib.

O bildirib ki, iki kinoteatr şəbəkəsi arasındakı qarşıdurma kinomuzun inkişafına mane olur:

“Dekabrın 29-dan kinoteatrların ekranlarına yeni film gəlir: "Geri dönənlər". Pisdi, yaxşıdı, bərbaddı, ya əladı, baxandan sonra deyə bilərəm. Amma harda? Bu səhər efirdə izlədiklərimdən: filmin ssenari müəllifi və prodüseri Fariz Əliyev heç bir sponsorun dəstəyi olmadan şəxsi maliyyə hesabına əziyyət çəkib, kino istehsal edib. Amma filmin prokatı ilə problemlər yaşanır. Niyə?

Şəhərimizdə var olan iki kinoteatr şəbəkəsi küsüşüb “səndə olan məndə olmasın” oyununu oynayır. Zərbəni alan da istehsalçı olur.

Ay kinomuzun inkişafı barədə haqlı olaraq canfəşanlıq edən kinoteatrlar şəbəkələrinin rəhbərləri, bəs məsələyə münasibət bu cür olsa inkişaf olmayacaq axı...

Əvvəllər necə yaxşı idi? Hər hansı filmə istədiyimiz kinoteatrda baxırdıq. Sonra nə oldusa oldu...”


Müəllif: Nərmin

Oxşar xəbərlər