3 Yanvar 2023 11:26
1 987
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Netflix" platformasının bu mövsüm ən maraqlı seriallarından biri Serenay Sarıkaya və Burak Denizin "Şahmaran" olacağı gözlənilir.

Teleqraf.com Türkiyə mətbuatına stinadən xəbər verir ki, rəsmi treyleri yayımlanan serialın ilk sezonu yanvarın 20-də yayımlanacaq. Ancaq indidən serialdakı cəsarətli səhnələr gündəm olmağı bacarıb.

Umur Turağayın rejissor kürsüsündə oturduğu serialın ssenarisini Pınar Bulut yazıb.

Serialın treylerində Burak Deniz və Serenay Sarıkayanın çılpaq kamera qarşısına keçdiyi səhnələr diqqət çəkib.

Yanvarın 19-da premyerası olacaq serialda Şahsu (Serenay Sarıkaya) müəllim olaraq getdiyi Adanada illər əvvəl anasını tərk edən atasını görməyə qərarlıdır. Bu səfərdə o, özünü sirli bir cəmiyyətin ortasında tapır. Keçmişin hesabını babasından soruşmaq üçün yola çıxan Şahsu ilə Maranın yolları kəsişdikdə artıq heç nə əvvəlki kimi olmayacaq...


Müəllif: Pərvin Cəfərova