24 Dekabr 21:08
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 24-də Nizami Kino Mərkəzində “Qırxdan sonra…” qısametrajlı bədii filmin təqdimatı olub.

Teleqraf.com xəbər verir ki, filmin ssenari müəllifləri Saida Haqverdiyeva, Sevda Sultanova, rejissoru Saida Haqverdiyeva, görüntü rejissoru Şahmar Səfəroğludur. Əsas rolları Zümrüd Qasımova və Gülçöhrə Abdullayeva ifa edirlər.

Filmdə baş rolu ifa edən Zümrüd Qasımova bildirib ki, 40 yaş qadınlar üçün əsl əzaba çevrilir: “40-dan sonra həyat dəyişir, insanların sənə münasibəti dəyişir və əgər sənətdəsənsə bu daha da çətin hal alır. Çünki sənə rol vermirlər. Aktrisaların ən birinci problemlərindən biri budur. Teatrda rollar daha gənc aktrisalara həvalə olunur. Bu film Azərbaycan reallığında yaşayan və bu sənətdə olan aktrisaların həyatından bəhs edir. Mənim filmdə yaratdığım obraz məişət problemləri ilə üz-üzə qalan baş rol üçün getdiyi kastinqdən gileyli qayıdan aktrisadır. Amma sonra baş verənlər onun üzünü güldürür”.

Gülçöhrə Abdullayeva aktrisa obrazını ilk dəfə yaratdığını dilə gətirib: "Bu komanda, belə gözəl ailə ilə məni tanış etdiyinə görə aktrisa Ülviyyə Əliyevaya təşəkkür edirəm. Hər aktrisa aktrisanı təqdim etmir. Bu gerçəklikdir və aktrisaların problemidir. İndiyə kimi müxtəlif obrazlar yaratmışam, amma ilk dəfədir ki, aktrisa obrazını canlandırıram. Mən sənətdə yaşadığım inciklikləri bu filmdə hiss etdim. Saida xanımın qadınların yaşantılarını hiss edərək qələmə alır və onun yazdıqları ilə biz aktrisalar nəsə deməyi bacarırıq".

Sevda Sultanova bildirib ki, filmdə hər bir qadın özünə doğma olan əhvalı, vəziyyəti görə biləcək.

“RS Production"un istehsalı olan filmin (prodüserlər Kəmalə Nəhmətova və Saida Haqverdiyeva) montaj rejissoru Əli Xiləli, ikinci operatoru Sahib Mikayılov, səs rejissoru Mehman Nadirov, səs operatoru Aslan Əlibəyovdur.


Müəllif: Nərmin

Oxşar xəbərlər