24 Dekabr 11:50
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Xalça Muzeyində Naxçıvan Dövlət Xalça Muzeyinin əməkdaşları tərəfindən toxunan "Naxçıvan MR 100" xalçasının təqdimat mərasimi keçirilib.

Teleqraf.com xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının mədəniyyət nazirinin müavini Həsən Seyidov Naxçıvanın 100 illik tarixindən danışıb: "Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi Azərbaycan tarixində həm dövlətçilik ənənələrini, həm də milli kimliyimizin qürur mənbəyidir.
Bu gün Naxçıvan mədəniyyətinə töhfə verən unikal əsərin "Naxçıvan MR 100" xalçasının təqdimatını keçiririk. Bu xalça sadəcə, bir sənət nümunəsi deyil, Naxçıvanın qədim tarixini, zəngin mədəniyyətini əzəmətli simvollarını əks etdirən şah əsəridir".

Mədəniyyət nazirinin müavini Səadət Yusifova xalçanın tarixi əhəmiyyətindən və ümumilikdə Naxçıvana aid tarixi mədəni irsdən danışıb.

Nazir müavini təmsil etdiyi qurumun Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinə daim dəstək olacağını vurğulayıb.

Sonra xalçanın ərsəyə gəlmə prosesindən bəhs edən film nümayiş olunub.

Qeyd edək ki, təqdimat mərasimində AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova və bir sıra mədəniyyət nümayəndələri iştirak ediblər.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər