Dünyaca məşhur aktyor Rassel Krou ABŞ-ın keçmiş prezidenti Donald Tramp rolunu oynayıb-oynamayacağına aydınlıq gətirib.
Teleqraf.com xəbər verir ki, bu barədə "TMZ" nəşri məlumat yayıb.
“Seven Sunrise” verilişinə müsahibə verən Krou aparıcı Natali Barın sualına cavab olaraq saatına baxıb, gülümsəyərək çox məşğul olduğunu deyib.
“Mənim çox, çox, çox işim var"- deyə aktyor bildirib.
O bununla filmdə ABŞ-ın 45-ci prezidenti rolunu oynamaq fikrində olmadığını açıqlayıb.