20 Aprel 2023 16:02
1 590
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İldə 10 film dövlət vəsaiti ilə çəkilməlidir".

Teleqraf.com xəbər verir ki, bunu kinorejissor Oleq Səfərəliyev "Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda keçirilən Kino Forumunda “Yaradıcılıq. Müasir Azərbaycan kinosunun perspektivləri” adlı paneldə çıxışı zamanı deyib.

O bildirib ki, sovet dönəmində 70 ildə 7250 film çəkilib: "15 milyon tamaşaçı yığan film uğurlu film hesab olunur. O siyahıda 6 Azərbaycan filmi var. Bizdə filmlər çox az çəkilir. Müqayisə üçün deyim ki, ötən il Qazaxıstanda 50 film çəkilib. Nəticələrə görə, prokatda milli filmlərin həcmi 40 faizə çatıb. Tatarıstan 22 film çəkib. Bizdə isə cəmi 3 film ərsəyə gətirilib. Biri müəllif filmi, biri özəl, bəs bizim tamaşaçı nəyə baxacaq? Ən vacib məsələ tamaşaçımı zallara qaytarmaqdır".

Qeyd edək ki, bu gün Bakıda Ümummilli lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə "Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda Kino Forumu işə başlayıb. Forum iki gün davam edəcək.


Müəllif: Nərmin Muradova

Oxşar xəbərlər