23 Aprel 2023 01:35
1 867
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın keçmiş prezidenti Donald Trampın yeni kitabı gələn həftə çap olunacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Tramp sosial şəbəkədə məlumat verib. O bildirib ki, kitabda məktublar, fotoşəkillər və şərhlər yer alacaq.

“Yeni kitabım gələn həftə çıxacaq! İnanılmaz məktublar, fotoşəkillər və bütün bunlarla bağlı şərhlər toplusu”, - deyə keçmiş dövlət başçısı yazıb.

O bildirib ki, kitabın bir nüsxəsi aprelin 25-də onlayn formatda 99 dollara satışa çıxarılacaq.


Müəllif: Pərvin Cəfərova