27 Aprel 2023 17:30
2 501
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aktrisa və müğənni Cennifer Lopez keçmiş əri Mark Entoniyə 2010-cu ilin istehsalı olan “Plan B” filminin çəkilişlərində iştirakına qadağa qoyduğunu etiraf edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Animated Press” nəşri yazır.

Filmdə Lopez və Aleks O'Laflin iştirak etdiyi erotik səhnə var. Lopezin dediyinə görə, o vaxt evli olduğu Entoninin çəkilişlər zamanı yanında olacağından utanıb.

“Mən yazıq oğlanı incitmək istəmirdim. O, mətbəx masasında başqa kişi ilə çəkilən sevgi səhnəmə baxmamalıdır. Şəxsən mən o cür səhnələrə çəkilməyi heç sevmirəm, çünki bundan narahat oluram”, - Cennifer deyib.

O qeyd edib ki, tək ana olmağa qərar verən qadından bəhs edən “Plan B” filmi onun bəyəndiyi ekran işlərindəndir.

Filmin süjet xəttinə görə, Lopezin qəhrəmanı Zoe süni mayalanma yolu ilə hamilə olduğunu biləndən qısa müddət sonra Stan adlı biri ilə görüşür.


Müəllif: Pərvin Cəfərova