"İmkan verin, rəhmətliyin - Azər Paşa Nemətovun bir qırxı çıxsın da..."
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Teatr Xadimləri İttifaqının sədr vəzifələrini müvəqqəti icra edən, Xalq artisti Hacı İsmayılov ittifaqın sədrliyinə kimin təyin olunacağı ilə bağlı müzakirələrə etiraz olaraq sosial şəbəkədə yazıb:
"Sədrin səlahiyyətlərini müvəqqəti icra edirəm - sədrlik iddiam yoxdur, heç vaxt da olmayıb! Rəhmətlik məzuniyyət, bayram vaxtlarında da işdə olmağımı xahiş edirdi, sözünü heç vaxt yerə salmazdım.
Rəhmətlik bilsəydi ki, dünya belə fani və dəyərsizdir, bəlkə də canının qeydinə qalıb, ömrünü bada verməzdi!
Allah sizə qəni-qəni rəhmət eləsin, Azər Paşa müəllim, ruhun şad, məkanın cənnət olsun! Dəyərli insanların ürəyində həmişə dəyərli insan, ustad kimi xatırlanacaqsınız!"