17 May 2023 12:28
1 904
12 Punto 14 Punto 16 Punto 18 Punto

May ayının 18-i Azərbaycan muzeylərində “açıq qapı” günü olacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyinin saytında məlumat yayılıb.

Məlumata görə, hər il mayın 18-i Beynəlxalq Muzeylər Günü kimi qeyd edilir. Bu münasibətlə də vətəndaşlar və ölkəmizin qonaqları həmin gün ödənişsiz olaraq muzeyləri ziyarət etmək imkanı əldə edəcəklər.

Qeyd edək ki, bu gün Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis edilmişdir və əsas məqsədi muzeylərin cəmiyyətin həyatında mühüm rol oynadığını göstərməkdir.


Müəllif: Teleqraf.com