“Toni Erdmann” filminin ulduzu, avstriyalı aktyor Peter Simonişek 77 yaşında vəfat edib.
Teleqraf.com xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.
Aktyor Vyanada dünyaya gözlərini yumub.
2016-cı ildə "Tony Erdmann" filmi ekranlara çıxdıqdan sonra Simonişek dünya şöhrəti qazandı. Film BAFTA, Qızıl Qlobus, Oskarda "Ən yaxşı xarici film" kateqoriyasında namizəd oldu, Kann Film Festivalında “FIPRESCI” mükafatını qazandı.
Avstriyanın mədəniyyət naziri Andrea Mayer Simonişeki “müasir kino, teatr və televiziyanın böyük adlarından biri” adlandırıb.
"Onun ölümü incəsənət və mədəniyyət üçün böyük itkidir" Andrea Mayer vurğulayıb.