Qazaxıstanın Astana şəhərində "Astana - mədəniyyət karvanı" adlı birinci beynəlxalq hərbi-musiqi festivalının başa çatması münasibətilə təntənəli bağlanış mərasimi keçirilib.
Bu barədə Teleqraf.com-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
"Barıs Arena" buz sarayında keçirilən mərasimdə iştirakçı ölkələrin solistlərinin hərbi orkestrlərin müşayiəti ilə ifa etdiyi musiqilər, təqdim olunan hərbi marşlar və milli rəqslər tamaşaçıların böyük marağına səbəb olub.
Qeyd edək ki, Astana şəhərinin 25 illiyinə həsr olunan festivalda ölkəmizi Heydər Əliyev adına Hərbi İnstitutun Hərbi Orkestrinin və Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivi təmsil edib.