2 Avqust 2023 12:16
1 293
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rejissor Kventin Tarantino afaziyadan (nitq pozuntusundan) əziyyət çəkən aktyor Bryus Uillisə özünün son filmi - "Kino tənqidçisi"ndə rol təklif etməyi planlaşdırır.

Teleqraf.com xəbər verir ki, bu barədə “Daily Express” məlumat yayıb.

Qeyd olunur ki, rejissor aktyora epizodik rol təklif etmək istəyir, amma hər şey Uillisin ailəsinin qərarından asılıdır. Ailə sənətçinin səhhətinin ona bu rolu oynamağa imkan vermədiyini hesab edərsə, Tarantino bunu anlayışla qarşılayacağını deyib.

Tarantino “Kino tənqidçisi” filminin karyerasının son filmi olacağını təsdiqləyərək, artıq nəsə çəkmək üçün motivasiyasının olmadığını qeyd edib.

"Kino tənqidçisi" filmi porno jurnallar üçün rəylər yazan bir nəfərdən bəhs edəcək.

Tarantino daha film çəkməyəcəyini desə də, onun kino sənayesini tamamilə tərk etmək fikri yoxdur.

Xatırladaq ki, Bryus Uillisə 2022-ci ilin mart ayında afaziya diaqnozu qoyuldu. Aktyora xəstəliklə mübarizə aparmağa ailəsi - həyat yoldaşı Emmi Hemminq və onların ümumi uşaqları Mabel və Evelin kömək edir. Həmçinin Uillisə onun Demi Murla əvvəlki evliliyindən olan uşaqları Rumer, Skaut və Tallulah da dəstəklərini əsirgəmirlər.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər