Xəbər verdiyimiz kimi Heydər Əliyev Mərkəzində lll “Korkut Ata” Türk Dünyası Film Festivalının mükafatlandırma və bağlanış mərasimi baş tutub.
Teleqraf.com xəbər verir ki, oktyabrın 8-də başlayan festival Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzi, TÜRKSOY, Kino Agentliyi və Bakı Media Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib.
Tədbirdə TÜRKSOY-un Baş katibi Sultan Raev lll “Korkut Ata” Türk Dünyası Film Festivalında çıxış edib.
Daha sonra xalq artisti Fəxrəddin Manafova TÜRKSOY-un Baş katibi Sultan Raev tərəfindən TÜRKSOY-un xüsusi mükafatı təqdim edilib.
Mədəniyyət naziri Adil Kərimli çıxışında kino sənətinin inkişafından danışıb: "Azərbaycan kinematoqrafiyasının türk kino sənətinin tərkib hissəri olaraq, bu tərkibə qatqısı çox böyükdür və biz cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə kinomuzun inkişafını görürük. Mən inanıram ki, bütün bunların töfhəsi ilə türk filmi, türk kinematoqrafiyası dünya kinosunda öz xüsusi yerini tapacaqdır".
“Türk dünyası kinematoqrafiyasına verdiyi töhfələrə görə” mükafatına Hocaqulu Narlıyev və Mayagözəl Aymedova, Serdar Gökhan, Metin Günay, Həmidə Ömərova, Firdevs Abdulxaliqov, Azamat Satıbaldı, Oktay Mirqasım, Orman Əliyev, Ağasi Məmmədli və Şəhriyar Seyidli layiq görülüblər.
Münsiflər heyətinin xüsusi mükafatları ilə isə Dosjan Janbotaev və Murat Pay təltif olunublar.
Əsas nominasiyalar üzrə qaliblər aşağıdakılardır:
“Ən yaxşı aktyor”
Ahmet Amandurdiyev (Türkmənistan)
“Ən yaxşı aktrisa”
Tahmina Rafaella (Azərbaycan)
“Ən yaxşı ssenari”
Abdulla Oripov (Özbəkistan)
“Ən yaxşı rejissor”
Asel Jurayeva (Qırğızıstan)
“Ən yaxşı sənədli film” - III mükafat
“Mənim dairəm” (Özbəkistan)
II mükafat
“Arqau” (Qazaxıstan)
I mükafat
“Sonuncu” (Azərbaycan)
“Ən yaxşı bədii film”
“Ulduz tozu” ( Ahmet Sönmez)
Türk rejissor Ahmet Sönmezə mükafatı Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva təqdim edib.