Antalya Şəhər Teatrı Bakıya qastrol səfərinə gəlir.
Teleqraf.com xəbər verir ki, bu barədə Əməkdar incəsənət xadimi, rejissor, aktyor Nofəl Vəliyev məlumat verib.
Onun sözlərinə görə, teatr dekabrın 4 və 5-də Teatr Xadimləri İttifaqının böyük səhnəsində "Gecikənlər" tamaşasını təqdim edəcək.
Səhnə əsərinin müəllifi Türkiyənin məşhur dramaturqu Pervin Ünalp, quruluşçu rejissoru isə Nofəl Vəliyevdir.
“Bu əsərdə hər şey var. Dadlı və acı eşq hekayələri, gülməli və faciəli situasiyalar, göz yaşları və qəhqəhələr. Bu tamaşada hər kəs öz həyatından bir şey tapacaq” –deyə rejissor vurğulayıb.