“Aktyor işi ilə məşğul olan hər kəs terapiyaya getməlidir. Məsələn, evdən çəkiliş meydançasına gəlirsən, xoşbəxtsən. Amma burda uşağınızı basdırdığınız səhnənin çəkilişində oynamalısınız. Nə beyin, nə də bədən bunu iş kimi qəbul etmir. O, bunu real hadisə kimi yaşayır. Məncə, bu balanssızlıq illər ərzində problemlər yarada bilər və buna görə daim terapiyaya gedirəm."
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri hazırda “Yabani” türk serialı ilə gündəmdə olan aktyor Halit Özgür Sarı Yutub kanalında yayımlanan proqrama müsahibəsində deyib.
O, terapevtinin məsləhəti ilə gündəlik tutduğunu və bununla özünü xeyli yaxşı hiss etdiyini bildirib.
Qeyd edək ki, 2018-ci ildə “Diriliş Ertuğrul” serialında rol alaraq aktyorluq karyerasına başlayan Sarı "Kardeşlerim" serialındakı Kadir Eren obrazı ilə tanınıb.