Aktrisa Culiya Roberts “Gözəlçə” filminin sonunun qaranlıq variantından danışıb.
Teleqraf.com xəbər verir ki, “The Graham Norton Show”da aktrisa həmin filmdə canlandırdığı Vivian obrazı barədə bunları deyib:
“Filmin daha qaranlıq olması lazım idi, onun adı “Üç min dollar” idi, bu Edvardın Vivianla gecələmək üçün ödədiyi qiymətdir. Ssenariyə görə Vivian narkotik aludəçisi idi və finalda Edvard onu yolun kənarında qoyub, üzərinə pul atır və oradan uzaqlaşır”- deyə Roberts bildirib.
Aktrisanın sözlərinə görə, o, belə bir filmdə rol aldığı üçün çox qürurlu idi.
“Sonra prodüser şirkəti tərəfindən film ləğv edildi və mən məyus oldum. Ardınca "Disney" studiyası ssenarini götürdü və onu daha başqa versiyada- əyləncəli formada çəkdi"- Culiya vurğulayıb.