25 Fevral 00:40
3 194
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rejissor Pərviz Həsənov sosial şəbəkədə maraqlı paylaşımı ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, o Xocalıda "Bakıda son çərşənbə" sənədli filminin çəkilişləri zamanı ermənilərin yaşadığı evdən tapılan kasetlərin fotolarını paylaşıb.

"Xocalıda "Bakıda son çərşənbə" sənədli filminin çəkilişləri zamanı ermənilər yaşadığı evdən tapdığımız kasetlər. Soyqırım törətdiyin millətin musiqisini necə sevə bilərsən axı? Kasetləri görən kimi ən çox marağıma səbəb olan Könül Xasıyevanın albomunun adı oldu - "Qayıdacaqsan".

Rejissor bildirib ki, "Azərbaycantelefim"in istehsalı olan "Bakıda son çərşənbə" sənədli filmi tezliklə AZTV-də yayımlanacaq.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər