Azərbaycanda Belarus Mədəniyyəti Günlərinə start verilib.
Teleqraf.com xəbər verir ki, Mədəniyyət Günləri çərçivəsində Bakıda Belarus kinosu günləri də keçiriləcək.
Filmlər aprelin 1-dən 3-dək Nizami Kino Mərkəzində nümayiş olunacaq. Azərbaycan tamaşaçıları “Digər sahildə” tarixi dramını, “Kinoçular” komediyasını və bir sıra digər sənədli filmləri seyr edəcəklər.
Aprelin 2-də “Belarus rəssamların gözü ilə” sərgisinin, həmçinin Mədəniyyət Günlərinin açılışına həsr olunmuş qala-konsertin keçiriləcəyi gözlənilir.