2 Aprel 16:52
2 016
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli İncəsənət Muzeyində Belarus Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılış mərasimi baş tutub.

Teleqraf.com xəbər verir ki, sərginin açılışında Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, Belarusun mədəniyyət naziri Anatoli Markeviç, Belarusun Azərbaycandakı səfiri Andrey Ravkov iştirak ediblər.

Sərgidə çıxış edən Anatoli Markeviç bildirib ki, Belarus-Azərbaycan mədəni əməkdaşlığı yaxşı ənənələrə əsaslanır: "Əminəm ki, qarşıda bizi çox parlaq, xalqlarımızın marağına səbəb olacaq irimiqyaslı layihələr gözləyir. Mədəniyyətin müxtəlif sahələri üzrə əməkdaşlığın daha da dərinləşdirilməsi üçün geniş perspektivlər var".

Nazir Belarus Mədəniyyəti Günlərini əlaqələrimizin inkişafına mühüm töhfə kimi səciyyələndirib.

Azərbaycan Milli İncəsənət Muzeyininin direktoru Şirin Məlikova isə çıxışında sərginin əhəmiyyətindən danışıb:

"Bu gün “Belarus rəssamların gözü ilə” sərgisinin açılışına toplaşmışıq. Sərgi ölkəmizdə Belarus Mədəniyyət günləri çərçivəsində keçirilir. Tədbirə dünəndən start verililb. Bu gün sərgidə 35 rəngkarlıq əsəri nümayiş etdirilir və onlar Belarusiyanın tanınmış rəssamlarının əsərləridir. Bu il Belarusiyanın Alman faşistlərinin işğaldan azad edilməsinin 80 illiyi qeyd edilir. Bu silsilə əsərlər məhz bu səpkidə sərgilənir və Belarusun gözəl mənzərəsi, landşaftını nümayiş etdirir.

Onu da qeyd edim ki, sərgi Belarus Respublikasının Mədəniyyət Nazirliyi, Belarus Respublikasının Milli İncəsənət Muzeyi, “Belarus Rəssamlar İttifaqı” İctimai Birliyi, həmçinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin təşkilatçılığı ilə baş tutur".


Müəllif: Foto: Elnur Muxtar, Rəqsanə Həsənova

Oxşar xəbərlər