3 İyun 2015 09:19
1 105
12 Punto 14 Punto 16 Punto 18 Punto

A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının nəzdindəki “Oyuq” teatr studiyası yeni istedadları cəlb etməyə başlayıb. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil olunan studiya sıralarını mütəmadi genişləndirir, sabahın səhnə həvəskarlarını ətrafına toplayır.

Teatrın mətbuat xidmətindən verilən məlumata görə, daim balaca istedadları axtarıb tapan, onların səhnə vərdişlərini təkmilləşdirərək istedad və bacarıqlarını ortaya çıxaran, balaca sənət vurğunlarını böyük səhnədə çoxminli tamaşaçılarla görüşdürən, müsabiqə və festivallarda iştiraklarını təmin edən studiya yeni istedadların axtarışına çıxıb.


Bu dəfə 4-8 yaş qrupu arasındakı oğlan və qızlara səhnə vərdişlərinin, səs və plastikanın, hər hansı yaradıcı qabiliyyətin nümayişi meydanı açılıb. Beləliklə, “Oyuq”un sıralarına qoşulmaq istəyən balacalar iyunun 3-də saat 14:00-dan başlayaraq A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının kiçik səhnəsindəki seçimlərdə iştirak edə bilərlər. Teatrın rejissor və rəssamlarının, aparıcı aktyorlarının, eləcə də studiyanın rəhbər və pedaqoqlarının aparacağı seçimdə özünü sınamaq istəyən balaca istedadlar seçimlərə qatılmağa dəvət olunurlar.


Müəllif: