Koreyanın İlsan şəhərində qeyri-adi fasada malik iki binadan ibarət mədəniyyət mərkəzi tikilib.
Layihəni tanınmış memar Moon Noon hazırlayıb. Bu iki bina sanki bir-biri ilə daimi dialoqdadırlar. Sifarişçi şirkətin rəhbərliyi "iki ayın" yaxınlaşması görüntüsünü yaradan binayalara sadəcə valeh olub.
Layihənin əsas ürəyi isə kafe və art-qalereya sayılır. Layihəyə ayrılan vəsaitin azlığı memarları vəziyyətdən çıxış yolu kimi sadəliyə üstünlük verməyə vadar edib.
Hər bina 3 mərtəbədən ibarətdir. Yuxarı mərtəbələrdə yaşıllıq salınıb. Binaların 3-cü mərtəbələrinin divarları isə ilyuminasiya lampaları ilə bəzədilib.
Mədəniyyət mərkəzində qapalı məkanlar da var.