Xalq şairi Fikrət Qocanın səhhəti pisləşib.
Publika.az-ın əldə etdiyi məlumata görə, müayinə olunmaq məqsədilə Türkiyəyə aparılan xalq şairinin sağlıq durumu ürəkaçan deyil.
Xəbəri təsdiqləyən Fikrət Qoca Türkiyədən bədgüman qayıtdığını deyib:
“Heç yaxşı deyiləm, hazırda yataq şəraitində həkim nəzarəti altında müalicə alıram. Bir-iki gündür Türkiyədən qayıtmışam. Həkimlər səhhətimin yaxşı olmadığını və müalicəyə ehtiyacımın olduğunu deyib. Ciddi həkim nəzarətindəyəm”.
Qeyd edək ki, Fikrət Qoca bir müddətdir ki, ürək çatışmazlığından əziyyət çəkir.