31 Oktyabr 2015 11:09
773
12 Punto 14 Punto 16 Punto 18 Punto

Görkəmli opera müğənniləri, Azərbaycanın xalq artistləri, dövlər mükafatları laureatları Fidan və Xuraman Qasımova bacıları Azərbaycan Dövlət Filarmoniyasında konsert proqramı ilə çıxış edəcəklər.

Teleqraf.com xəbər verir ki, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə çıxış edəcək sənətkarlar Azərbaycan və Qərbi Avropa bəstəkarlarının əsərlərini ifa edəcəklər.

Noyabrın 21-də baş tutacaq konsertdə Fidan və Xuraman Qasımovalarla yanaşı, dünya şöhrətli muğam ifaçısı Alim Qasımov, xalq artisti Zülfiyyə Xanbabayeva və istedadlı musiqiçi Emil Əfrasiyab da çıxış edəcək.

Qeyd edək ki, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin bədii rəhbəri və baş dirijoru Teymur Göyçayevdir.


Müəllif: