Uzun müddətdir xəstəlikdən əziyyət çəkən əməkdar artist Ələsgər Məmmədoğlu Akademik Milli Dram Teatrında fəaliyyətini davam etdirməyə başlayıb.
Bu barədə Teleqraf.com-a aktyorun özü məlumat verib: “Artıq teatrda fəaliyyətimi başladım. Srağagün Akademik Milli Dram Teatrına getmişdim. “Gəncə qapıları” tamaşasında “Loriz” rolundayam. İndi müalicəm davam edir”.
Aktyor bir müddət əvvəl xəstəxanaya yerləşdirilmişdi.
Rəqsanə