5 Dekabr 2015 16:42
1 078
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 13-də Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində F.M.Dostoyevskinin “Karamazov qardaşları” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa yenidən nümayiş olunacaq.

Teatrdan Teleqraf.com-a bildiriblər ki, tamaşanın quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi İranə Tağızadədir. Tamaşada baş rolları Əməkdar artistlər Ayan Mirqasımova, Mələk Abbaszadə, Firdovsi Atakişiyev, aktyorlar Məbud Məhərrəmov, Səfa Mirzəhəsənov, İlqar Həsənov canlandıracaqlar. Səhnə əsərinin baletmeysteri Əməkdar Artisti Aleksandr Nikuşina, quruluşçu rəssamı Tatyana Melnikova, musiqi tərtibatçısı isə Vladimir Neverovdur.

Qeyd edək ki, insanı xeyirxahlığa, dürüstlüyə, namuslu olmağa və həyatsevərliyə səsləyən “Karamazov qardaşları” görkəmli yazıçının ən böyük və ən məşhur əsərlərindəndir.

Əsərdə ədib avam, geridə qalmış Karamazovlar ailəsinin simasında insan qəlbindəki xeyir və şərin əbədi mübarizəsini, Allah və yaxud iblis arasındaki seçimi əks etdirib.


Müəllif:

Oxşar xəbərlər