10 Dekabr 2015 10:47
2 774
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son vaxtlar komediya janrında çəkilən filmlərin sayı artıb. Ancaq bu say çoxluğunun içində peşəkarlıq göstəricilərinə cavab verən nümunələr tapmaq çox çətindir.

Keçən həftə ekranlara çıxan “Oğlan evi” necə, ümidləri doğrulda bildimi? Filmlə bağlı tanınmışların fikrini öyrəndik:

Elməddin Cəfərov: “Film superdir, çox xoşuma gəldi. Çəkilişlər möhtəşəmdir. Qala gecəsində iştirak edəndə çox sevindim ki, artıq bizdə də belə çəkiliş aparılır. Filmdə söz yumoru deyil, hadisə yumoru üstünlük təşkil edir. Amma bizdə tamaşaçılar daha çox söz yumorunu sevirlər. Amma hadisə yumoru da çox maraqlı alınıb. Bu baxımdan “Oğlan evi” Amerikan filmlərinə bənzəyir”.

Şəhriyar Əbilov: “Oğlan evi” filmində satiranı düzgün istiqamətləndirə biliblər. Filmdə artıq heç nə yoxdur. Ekran əsərinin rejissoru və ssenari müəllifi İlham Qasımov çox zövqlü rejissordur. İllərdir ki, onun reklamlarında və başqa çarxlarında işləmişəm, zövqsüzlük görməmişəm. İnsanın daxilində zövq olan zaman o həm güclü komanda yığacaq, həm də aktyoru istədiyi istiqamətdə istiqamətləndirməyi biləcək. Filmdə Fərda, Elcan, İslam aktyor kimi artıq hərəkət etmədən çox yaxşı oynayıblar. Hansı aktyorun daha yaxşı oynamağını deyə bilmirsən. Hər biri öz obrazını çox gözəl oynayıb. Hər biri oynadıqları tipajlara uyğun gəlir. Filmin ssenarisi və fantaziya öz yerində idi”.

İlkin Həsəni: “Keyfiyyətli filmdir. “Oğlan evi”ndə professional aktyorlar, ssenarist, rejissor, operator heyəti var. Ona görə super alınıb. Deyərdim ki, film süjet xətti, qeyri-adiliyinə görə son illərin ən maraqlı və gülməli ekran əsərlərindən biridir”.

Elşən Orucov: “Çox xoşuma gəldi. İndiyə qədər komediya janrında çəkilmiş filmlər arasında birinci oldu. İnşallah, davamını çəkərlər”.

Nicat Rəhimov: “Çox yaxşı işdir, aktyor oyunu da maraqlıdır. Bu günə qədər çəkilən filmlər sırasında gülməli filmlər “Xoxan”, “My name is İntiqam” olub, amma rejissor, ssenari baxımından “Oğlan evi” digərlərindən yaxşıdır. Filmin çəkilişindən də görünürdü ki, büdcəsi o birilərdən çoxdur. Ümumilikdə, “Oğlan evi” tək mənim yox, hər kəsin çox xoşuna gəldi”.

Azər Baxşəliyev: “Əslində, filmə baxmamışdan əvvəl bilirdim ki, İlham Qasımov, Tural Sevdimalı və Dj Fatehin işbirliyi çox yaxşı alınacaq. Aktyorlar da öz işlərinin peşəkarları idi. Ona görə də film pis alınmadı. Fərda və İslamdan fərqli olaraq Elcan məni daha çox təəccübləndirdi. Xoşuma gələn obraz da məhz Elcanın canlandırdığı iranlı idi”.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər