30 Aprel 2016 23:54
641
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası İlqar Nəcəfin “Nar bağı” adlı yeni tammetrajlı bədii filmi üçün kastinq elan edir.

Kinostudiyadan Teleqraf.com-a bildirilib ki, filmdə çəkilmək məqsədilə 8-15 yaşlarında oğlan uşaqları kastinqə dəvət olunurlar. Kastinq mayın 5-dən iyunun 5-dək həftə içi hər gün saat 11:00-dan 16:00-dək “Azərbaycanfilm” kinostudiyasında keçiriləcək.


Müəllif: