Müğənni Abbas Bağırov “Bakı 2015” Avropa Oyunlarında yaxından iştirak edəcəyini deyib.
O, Teleqraf.com-a açıqlamasında Avropa Oyunlarının Azərbaycan üçün əhəmiyyətindən də danışıb:
“Bakı-2015” Avropa Oyunlarının Bakıda keçirilməsi çox yaxşı haldır və əhəmiyyəti olduqca böyükdür. “Eurovision” yarışmasında qələbə Azərbaycanın tanınması, reklamı üçün böyük iş idi. Avropa Oyunları həm təşkilati baxımından çətin, həm də əhatə etdiyi areal baxımından daha genişdir. Belə maşstablı işin öhdəsindən gəlməyi bacarırıqsa, buna ancaq və ancaq sevinmək lazımdır. İnanıram ki, idmançılarımız bunun öhdəsindən gəlməyə çalışacaqlar. İyun ayının 12-dən 28-nə kimi Bakıda keçiriləcək Avropa Oyunlarının həm açılışında, həm də bağlanışında işitirak edəcəm. Eləcə də oyunlarda marağımda olan yarışmaları yaxından izləyəcəm. Bunlara üzgüçülük, atletika idman növləri, eləcə də cüdo daxildir. Onu da deyim ki, biletim də var. Bir sözlə, Avropa Oyunları mənim üçün çox maraqlıdır. Yarışmanın digər insanlar üçün də maraqlı olması turistlərin Azərbaycana axınından bilinir. Bu, məni əlbəttə ki, çox sevindirir. Bu Oyunlar zamanı paytaxtımıza çoxsaylı idmançılar, mütəxəssislər, qonaqlar, eləcə də öz idmançılarına dəstək olmaq üçün əcnəbilər gələcək ki, onlara qarşı daha diqqətli, daha qayğılı olmalıyıq. Onlara öz qonaqpərvərliyimizi, diqqətimizi yüksək səviyyədə nümayiş etdirməliyik ki, hər biri öz ölkəsinə qayıdanda başqalarına da bu keyfiyyətlərimizdən danışsınlar. Həyəcanla Avropa Oyunlarını gözləyirəm”.
Nərmin