10 İyun 2015 15:26
794
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan milli komandasının “Bakı 2015” I Avropa Oyunlarındakı bayraqdarı adına namizədlər açıqlanıb.

Teleqraf.com-a Gənclər və İdman Nazirliyinin idman şöbəsindən verilən məlumata görə, bayraqdar 5 idmançı arasından seçiləcək. Bunlar sərbəst güləş üzrə Olimpiya çempionu Toğrul Əsgərov, Avropa və dünya çempionu Hacı Əliyev, cüdo üzrə dünya çempionu Elxan Məmmədov, son zamanlar keçirilən nüfuzlu yarışların qalibi Elmar Qasımov və boks üzrə Avropa çempionu, dünya və Olimpiya mükafatçısı Teymur Məmmədovdur. Nazirlik rəsmisi yekun qərarı Milli Olimpiya Komitəsi rəhbərliyinin verəcəyini vurğulayıb.

Qeyd edək ki, Azərbaycan millisinin bayraqdarı iyunun 12-də Bakı Olimpiya Stadionunda keçiriləcək açılış mərasimində komandanın önündə addımlayacaq.

Rüstəm


Müəllif: