Bakıda I Avropa Oyunlarının açılış mərasimi ən gözəl şoulardan biri oldu və mərasim yüksək səviyyədə təşkil olunmuşdu. Bu barədə Trend-ə İtaliyanın Azərbaycandakı səfiri Campaolo Kutillo deyib.
Qərb mətbuatında Azərbaycanla bağlı neqativ məlumatlara şərh verən diplomat bildirib ki, idman və siyasəti qarışdırmaq olmaz: “İdman və siyasət – iki ayrı anlayışdır. Bu gün Azərbaycanda isə dostluq və idman bayramıdır”.