Polşanı 48-51 kq çəki dərəcəsində təmsil edən Sandra Drabik həmyerlimiz Anaxanım Ağayeva üzərində qazandığı qələbədən sonra öz qələbə təəssüratlarını bölüşüb.
Teleqraf.com xəbər verir ki, 26 yaşlı boksçu qələbə qazandığı üçün sevindiyini gizlətməyib: "Anaxanım güclü boksçudur, amma mən bu gün ondan daha yaxşı döyüşdüm və qalib gəldim".
Avropa Oyunlarının təşkilatçılığından danışan Drabik idmançılar üçün yaradılan şəraitdən razılıq edib:
"Hər şey çox yaxşı təşkil olunub. İdmançıların qaldığı yer, qidalanması, təhlükəsizliyi üçün bütün şərait yaradılıb.
Sonda polşalı idmançı Avropa Oyunlarında şanslarından danışıb: "Əlbəttə ki, məqsədim qızıl medaldır. Ümid edirəm ki, buna nail olacam".
Uğur