Bakı 2015” Birinci Avropa Oyunlarının 10-cu günündə qadınlar arasında keçirilən voleybol yarışının növbəti görüşləri baş tutur.
Teleqraf.com xəbər verir ki, Xorvatiya kollektivi Almaniya ilə qarşılaşıb. İlk hissədə almanlar 25-21 hesabı ilə qələbə qazanıb. Almaniya komandası ikinci seti də qələbə ilə başa vurub: 25-22. Üçüncü setdə də xorvatlar məğlub olub: 19-25.
İtaliya 0-3 Rumıniya
İtaliya və Rumıniya kollektivləri qarşılaşıb. Birinci hissədə italyanlar 23-25 hesabı ilə məğlub olub. İkinci setdə rumınlar 25-26 hesabı ilə qalib gəlib. Üçüncü setdə də 25-21 hesablı qalibiyyətə sevinən Rumıniya komandası ümumi oyunu qalib başa vurub.
Hollandiya 3-0 Bolqarıstan
"B" qrupunda qərarlaşan Hollandiya komandası Bolqarıstanla qarşılaşıb. İlk setdə hollandlar 25-20 hesabı ilə qələbə qazanıb. İkinci hissədə də Hollandiya idmançıları üstün olub: 25-18. Üçüncü setdə də Bolqarıstan komandası məğlub olub: 25-19.
Belçika 3-2 Polşa
Günün ilk qarşılaşması Belçika və Polşa komandaları arasında keçirilib. İlk setdə Belçika 25-22 hesabı ilə qələbə qazanıb. İkinci setdə Polşa kollektivi hesabı bərabərləşdirib: 25-21. Üçüncü hissədə polşalılar hesabı öz xeyirlərinə dəyişə bilib: 25-23. Dördüncü setdə belçikalılar yenidən hesaba tarazlıq gətirib: 25-22. Beşinci set də Belçika komandasının xeyrinə başa çatıb: 16-14. Bununla da Belçika yığması qrup oyunlarını üçüncü yerdə başa vurub.
Bu gün baş tutacaq oyunlar bunlardır:
Saat 20:00-da A qrupu Azərbaycan - Türkiyə
Saat 22:00-da B qrupu Rusiya - Serbiya