Rusiyanın baş naziri Dmitriy Medvedev İslam Kərimovun dəfnində iştirak etmək üçün Səmərqəndə gəlib.
Teleqraf.com-un tass.ru-ya istinadən xəbərinə görə, Rusiya baş naziri prezident Vladimir Putinin tapşırığı ilə Rusiyanın rəsmi nümayəndə heyətinə rəhbərlik edir.
Baş nazirin mətbuat katibi Natalya TimakovAnın bildirdiyinə görə, Səmərqəndə yola düşən Rusiya nümayəndə heyətinin tərkibinə baş nazirin müavini, Rusiya hökuməti aparatının rəhbəri Sergey Prixodko da daxildir.
Qeyd edək ki, 79 yaşlı İslam Kərimov sentyabrın 2-də Daşkənddə dünyasını dəyişib.
Nihad