9 Sentyabr 2016 12:51
545
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan prezidenti Serj Sarkisyan hökumətin istefasını qəbul edib.

Teleqraf.com xəbər verir ki, Sarkisyan baş nazir Ovik Abramyan tərəfindən göndərilmiş istefa ərizəsini qəbul edib. Ermənistan prezidentinin verdiyi fərmana görə, hökumətin bütün üzvləri yeni hökumət heyəti formalaşana qədər öz vəzifələrini icra edəcəklər.

Xatırladaq ki, dünən Ermənistanın baş naziri istefa haqqında prezidentə ərizə təqdim edib. Onu Rusiyanın “Qazprom” şirkətinin nümayəndəsi Karen Karapetyan əvəzləyəcək. Ermənistanın hakim Respublika partiyası baş nazir postuna Karapetyanın namizədliyini təsdiqləyib. Qərar Sarkisyanın rəhbərlik etdiyi partiyanın icra orqanının və şurasının iclaslarında qəbul olunub.

Kəmalə


Müəllif:

Oxşar xəbərlər