22 Aprel 2014 17:35
1 060
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə gənc tələbə “Facebook” sosial şəbəkəsindən 12 min dollar qazanıb. ANS PRESS-in məlumatına görə, Ankarada təhsil alan 19 yaşlı Gökay Gündoğan sosial şəbəkələrin yol verdikləri qüsurları tapıb.

Gənc tələbə sosial şəbəkələrin rəhbərlərinə səhvlər haqqında məlumat verib. Bir neçə dəfə qüsurları tapan tələbə hər dəfə də müəyyən məbləğdə qazanc götürüb.

Gökay Gündoğan düz 10 dəfə “Facebook”un səhvlərini tapıb və çatışmazlıqları sosial şəbəkənin rəhbərliyinə təqdim edib. Hər dəfə də, müxtəlif mükafatlar qazanıb.

Bundan başqa, Gökay Gündoğan “Twitter”dən də səhv tapıb. Həmin səhvi rəhbərliyə göndərən Gökay Gündoğan adını “Twitter”in fəxri səhifəsinə yazdırıb.

Qeyd edək ki, Gökay Gündoğan uşaqlıqdan kompüter və internetlə məşğul olub. Bu sahədə güclü biliyə sahib olan gənc oğlan, müxtəlif vaxtlarda bu biliyinə görə mükafatlar qazandığını də bildirib.


Müəllif: