30 Yanvar 2017 13:38
771
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Donald Tramp etirazlara səbəb olan miqrasiya fərmanının mahiyyətinə aydınlıq gətirib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, o, bu sənədin müsəlmanlara qarşı olmadığını deyib:

“Bu fərmanın müsəlmanlara və dinə aidiyyatı yoxdur. Məqsədim Amerikanı terrordan qorumaq və ölkənin təhlükəsizliyini təmin etməkdir. Amerika qürurlu mühacirlər ölkəsidir və biz zülmdən qaçan insanlara rəhm göstərməkdə davam edəcəyik, ancaq biz bunu öz ölkəmizin vətəndaşlarını və sərhədlərini qoruyaraq həyata keçirəcəyik”.

Tramp əlavə edib ki, 40-dan çox müsəlman çoxluğa malik ölkələrə bu sərəncam şamil edilmir və o, medianı bunu müsəlmanlara qadağa kimi təsvir etdiyinə görə tənqid edib.

Qeyd edək ki, həmin fərmanla 7 müsəlman ölkəsindən ABŞ-a mühacirət 90 gün müddətinə dayandırılıb. Prezident bunu həmin ölkələrin terrora rəvac verməsi ilə əlaqələndirib.

Samir


Müəllif:

Oxşar xəbərlər