9 Fevral 2017 13:05
514
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri Suriyanın İdlib şəhərində antiterror əməliyyatı keçirib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Pentaqon məlumat yayıb.

Əməliyyat zamanı "Əl-Qaidə" terror təşkilatının 11 silahlısı öldürülüb. Onlar arasında "Əl-Qaidə"nin keçmiş lideri Usama Bin Ladenin müttəfiqi Əbu Hani əl-Masri də olub.

Məlumatlara görə, əl-Masri 1980-1990-cı illərdə Əfqanıstanda "Əl-Qaidə"yə məxsus düşərgələrə rəhbərlik edib.

Samir


Müəllif:

Oxşar xəbərlər